“Laennec” - yapon keyfiyyəti və təhlükəsizlik
Yaponiyada Dövlət plasentar sağlamlaşma programı tərəfindən nəzarət edilir.
Yaponiyanın tibb departmenti tərəfindən kurasiya və dotasiya olunur və dövlət sığorta proqramına daxildir.
Yüksək səviyyədə bioloji təmizliyinə zəmanət verir. Preparatın istehsalçısı tərəfindən donor seçiminə ciddi nəzarət olunur - Yaponiya sərhədlərindən çıxmamış sağlam qadınların uğurlu doğuşundan sonraki plasentadan istifadə olunur. Plasenta virus, bakteriya, qan komponentləri, kök hüceyrələri, hormon və prion zülalların olmasına dair ciddi yoxlamadan keçir.
“Laennec”-in istehsalında çoxpilləli molekulyar fraksiyalaşmadan istifadə edilir ki, o
▪ GMP standartları ilə nəzarətdə saxlanılır
▪ Preparatın yüksək təmizlənməsi və tərkibindəki aktiv komponentlərin stabilliyinin qorunması təmin edilir.
Mərhələli membranlı osmotik dilaliz və etiketlənmə
Molekulyar çəkisi 200 D - 100 000 D olan aktiv maddələrin və peptidlərin molekulyar süzgəcindən ayrılması plasenta materialını kök hüceyrələrdən, hormonlardan, struktur zülallardan, qanın protein komponentlərindən təmizləməyə imkan verir.
Bir preparatın tərkibində hüceyrələrdə bərpa reaksiyaları işə salan requlyator peptidlərin və normal həyat fəaliyyəti üçün mütləq olan, orqanizmin bərpa proseslərinin normal fizioloji gedişini təmin edən struktur-plastik komponentlərin olması.
Ticarət adı: Laennec/Лаеннек
Qeydiyyat nömrəsi: DV № 19-00262
Seriya: №30700
Buraxılış forması: inyeksiya üçün məhlul
Tərkibi:
Preparatın 2 ml-də 112 mq insan plasentası hidrolizatı, inyeksiya üçün su, pH korrektor (natrium hidroksid və ya xlorid turşusu)
Təsviri:
Xarakterik iyli, açıq-sarıdan qəhvəyi rəngə qədər şəffaf maye.
Farmakoterapevtik qrup:
İmmunomodulyator və hepatoprotektiv vasitə.
Farmokoloji xüsusiyyətləri:
Humoral immuniteti stimulyasiya etmək və faqositlərinvə təbii killerlərin funksional aktivliyini artırmaq bacarığına görə immunomodulyator xüsusiyyət nümayiş etdirir; periferik qanda leykosidlərin tutuqları patogeni məhv etmək qabiliyyətində özünü göstərən bakteriosid aktivliyini artırır. Preparatın tərkibinə daxil olan sitokinlər dəri hüceyrələrinin metabolik aktivliyini və qoruyucu funksiyasını aktivləşdirir. Hidrolizatdakı bioloji aktiv maddələr hepatositlərin regenerasiyasını (proliferassiyasını) stimullaşdırır, dezintiksikasiya xüsusiyyətləri göstərir, qaraciyər hüceyrələrində lipid və xolesterin toplanmasını azaldır, toxuma tənəffüsünün aktivliyini artırır, qaraciyərdə maddələr mübadiləsini aktivləşdirir, qaraciyərdə birləşdirici toxumanın əmələ gəlməsinin intensivliyini azaldır.
İstifadəsinə göstərişlər:
Preparat aşağıdakı xəstəliklərin kompleks müalicəsaində tətbiq edilir:
xroniki residiv herpes, atopik dermatitin orta ağır və ağır gedişi (eyni zamanda ağırlaşmış).
Qaraciyərin xroniki xəstəlikləri zamanı: steatohepatitlər (alkohol, metabolik və qarışıq etiologiyalı).
Əks-göstərişlər:
Hiper-həssaslıq, uşaq yaşı, hamiləlik, laktasiya dövrü.
Ehtiyatla:
Dərman preparatlarına polivalent allergiyadan əziyyət çəkən və ahıl yaşlı pasientlərdə preparatın istifadəsi ehtiyatla həyata keçirilməlidir.
Əlavə təsirləri:
Xəstələrin 3,7%-də qeyd edilir.
Klinik əhəmiyyətli xoşagəlməz reaksiyalar.
Allergik reaksiyalar, o cümlədən də, anafilaktik şok mümkündür.
Digər arzuolunmaz hallar
İnyeksiya yerində ağrı |
2.56% |
Allergik reaksiya (qızarma, dəri qaşınması) |
0.37% |
İnyeksiya yerinin keyiməsi |
0.37% |
Ginekomastiya (preparatın yeridilməsi ilə səbəb-nəticə əlaqəsi aydınlaşdırılmamışdır) |
0.37% |
Doza həddinin aşılması:
Hal-hazırda Laennec preparatının doza həddinin aşması halları qeyd edilməyib.
Başqa dərman vasitələri ilə qarşılıqlı təsiri:
Laennec preparatının güclü qələvi təsirli (pH > 8.5) preparatlarla farmosevtik qarşılıqlı təsir nəticəsində onun aktivliyi azalır. Laennec-in hər-hansı klinik əhəmiyyətli qarşılıqlı təsirləri haqda məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə tətbiqi:
Preparatın hamiləlik və laktasiya dövründə tətbiqi qadağandır.
Preparatın uşaqlarda tətbiqi:
Laennec-in yarımçıq doğulmuş, südəmər və yetkinlik yaşına çatmamış uşaqlarda istifadəsinin təhlükəsizliyi üzrə araşdırmalar aparılmamışdır. Uşaqlarda tətbiqi məsləhət görülmür.
Preparatın yaşlılarda tətbiqi:
Hal-hazırda olan nəticələrə əsasən, ahıl yaş Laennec preparatının tətbiqi üçün əks-göstəriş deyil. Buna baxmayaraq, yaşlıların fizioloji funksiyalarının pisləşməsini nəzərə alaraq, preparatın tətbiqi ciddi nəzarət altındə həyata keçirilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair məlumatlar:
Nəqliyyat vasitələri, mexanizmlərin idarə olunmasına təsirinə müəyyən olunmayıb.
Buraxılış forması:
İnyeksiya üçün məhlul. Hidrolitik sinif 2 şüşə ampulalarda 2 ml məhlul. Hər ampula sındırılma yerini müəyyən edən ağ nöqtəyə malikdir. İstifadə təlimatı olan 10 və 50 ampulalıq karton arakəsməli karton qutuya qablaşdırılmışdır.
Yararlılıq müddəti:
Qablaşdırmanın üzərində yazılmış yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin. Uşaqların əli çatmayacaq yerdə, +18-dən +25°С qədər, işıqdan zaqda saxlayın.
İstehsalçı:
Japan Bio Products Co., LTD
Azərbaycanda eksklüziv distribyutor/ qeydiyyat vəsiqəsinin sahibi, şikayətləri qəbul edən:
“PHARMANOVA” ООО, Nərimanov r-nu, Həsənoğlu 13. Теl.:+994 12 5668699
Laennec preparatının tərkibi:
Laennec-in tərkibinə orqanizmin immun müdafiəsini bərpa edən interleykin və interferonlar daxildir.Onlar T və B-limfositlərinin proliferasiyası və differensiasiyasını aktivləşdirir, A,G, M sinif immunoqlobulinlərin sintezini inisiasiya edir, faqositozu, immun komponentli hüceyrələrin sitotoksik və bakterisid aktivliyini artırır, antitellərin yetişmə prosesini idarə edir, virus əleyhinə müdafiəni təmin edirlər.
• Bioloji əlçatanlığı təmin edən L-fəza konfiqurasiyasına malik 18 aminturşusu, o cümlədən əvəzolunmayanlar
• Bütün birləşdirici toxumalarda mübadilə proseslərində iştirak edən mukopolisaxaridlər
• Zülal biosintezini gücləndirən nuklein və üzvi turşular, nukleozidlər
• Preparatın antioksidant təsirini artıran, toxuma tənəffüsünü yaxşılaşdıran və mübadilə proseslərinin katalizatoru olan vitaminlər və vitaminəbənzər maddələr - В2, В3, С, D, РР
• Orqanizmdə mübadilə preseslərinin katalizatorları – fermentlər
• fermentlərin aktiv mərkəzlərinə daxil olan, skeletin qurulmasında və qlobulinin yaranmasında iştirak edən, vitamin və hormonların mübadiləsini idarə edən minerallar (sink, maqnezium, dəmir, manqan, mis, selen və s.)
• Fizioloji səviyyədə çatışmayan hormonlar – progesteron, estrogen, testosteronun əsası - prehormon DHEA
Laennec terapiyanın üstünlükləri:
· Zəngin komponent tərkibi (300-dən çox komponent, sitokinlər, interferon, amin turşular və s.) kompleks klinik effekti təmin edir.
· Təbii tərkib, hüceyrələr tərəfindən “tanınma”, autentiklik. Laennec-in əsasını biomolekullar kompleksi (hüceyrə yox) təşkil edir ki, onu süni yolla yaratmaq mümkün deyil.
· Laennec sağlam toxumaya homoloji biofaktorlar və biomolekullardan ibarətdir və orqan və toxumalara daxil olarkən tamamlama effekti yaradır, yəni, molekulyar və biokimyəvi səviyyədə pozulmaları aradan qaldıraraq, patogen faktorların təsirindən yaranan biokomponentlərin defisitini ləğv edir.
· Kompleks terapiyanın effektinin gücləndirilməsi.
Laennec-in başqa dərman vasitələrinə nisbətən üstünlükləri
Hüceyrə səviyyəsində zəif, durğun, müxtəlif xəstəliklər və ya yaşa bağlı dəyişikliklərlə əlaqədar sönən prosesləri stimullaşdıraraq, Laennec insanın fizioloji sistemlərinin fəaliyyətini idarə edir və əksinə, patoloji vəziyyətləri geriyə döndərir, korreksiya edir.
Laennec terapiyanın üstünlükləri:
· Zəngin komponent tərkibi (300-dən çox komponent, sitokinlər, interferon, amin turşular və s.) kompleks klinik effekti təmin edir.
· Təbii tərkib, hüceyrələr tərəfindən “tanınma”, autentiklik. Laennec-in əsasını biomolekullar kompleksi (hüceyrə yox) təşkil edir ki, onu süni yolla yaratmaq mümkün deyil.
· Laennec sağlam toxumaya homoloji biofaktorlar və biomolekullardan ibarətdir və orqan və toxumalara daxil olarkən tamamlama effekti yaradır, yəni, molekulyar və biokimyəvi səviyyədə pozulmaları aradan qaldıraraq, patogen faktorların təsirindən yaranan biokomponentlərin defisitini ləğv edir.
· Kompleks terapiyanın effektinin gücləndirilməsi.
Laennec-in başqa dərman vasitələrinə nisbətən üstünlükləri
· Laennec digər kimyəvi tərkibli preparatlardan müxtəlif sensibilizasiya, dərman xəstəliyi və digər ağırlaşmalar kimi kənar təsirlərinin olmaması ilə fərqlənir.
· Eksperimental və kliniki araşdırmalarla orqanizmə xoşagəlməz təsirinin olmaması və onkoloji təhlükəsizliyi sübut olunmuşdur.
Laennec terapiyası allergiya və öyrəşmə yaratmır, histaminəbənzər və kumulyativ effektə malik deyil.
Laennec-in Azərbaycandakı rəsmi və eksklüziv distribütoru “PHARMANOVA” şirkətidir.
Sertifikasiya olunmamış preparatın alınmasından uzaq olun. Onun üçün heç kim məsuliyyətini daşımır.
Belə məhsul AR-ə qeyri-leqal yolla daxil olur, qeyri-qanuni yolla yayılır və onun istifadəsi orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər.
“PHARMANOVA” şirkəti rəsmi distribütor kimi Laennec preparatının keyfiyyəti, orijinallığı və təhlükəsizliyinə dair məsuliyyət daşıyır.
.
“Qaraciyər regenerasiyasına stimullaşdırıcı təsirinə görə Laennec – hepatoloqon işində çox effektiv preparatdır. Bu o deməkdir ki, preparatı virusəleyhinə terapiyanın sonunda,xüsusilə sirrozlu xəstələrdə, qaraciyərin alkohol xəstəliyinin, qaracuyər hüceyrələrinin kütləvi dağılması zamanı, autoimmun hepatitin müalicəsində tətbiq etmək olar. Bu zaman Laennec-in qaraciyər hüceyrələrinin zədələnməsinə ləngidici təsiri xüsusilə hiss olunur. Bu, ALT, AST, HQT və digər biokimyəvi göstəricilərin yaxşılaşması ilə özünü biruzə verir. Bundan başqa, Laennec qaraciyərin piy hepatozunun yaranmasının qarşısını alır və deməli, şəkərli diabet, piylənmə və metabolik sindrom zamanı da tətbiq oluna bilər. Adı çəkilən patologiya zamanı Laennec-in pəhriz və hərəkət yüklənməsi ilə kompleks tətbiqi sayəsində qaraciyərin ölçüləri, piy mübadiləsinin göstəriciləri normallaşır”. |
Zaur Orucov – həkim terapevt-hepatoloq Plasentar preparatların tətbiqi dayaq-hərəkət sistemi preblrmləri olan pasientlərdə ağrı sindromunu azaldır. Həmçinin, plasentar terapiya postviral xroniki yorğunluq sindromu zamanı da yaxşı təsir göstərir. Şəxsən mən hepatoloq kimi palsenta preparatlarının ALT və AST səviyyələrinin azalmasına təsinin şahidi olmuşam. Plasentar terapiya plasnetanın yeyilməsindən, ondan qarışıq və smuzilərin hazırlanmasından BAƏ-lərin tətbiqi və nəhayət, yüksək səviyyədə təmizlənmiş,son farmokosevtik texnologiyaların tətbiqi ilə hazırlanmış inyeksion preparatların tətbiqinə qədər geniş spektri əhatə edir. Göstərilən metodlardan yalnız sonuncu təhlükəsizliyi və effekti təmin edir. Çiy plasenta pis təmizlənmiş plasentar BAƏ-lər kimi təhlükəli ola bilər. Laenneck yüksək dərəcədə təmizlənməsinə görə müasir təhlükəsizlik standartlarına tam uyğundur. İstehsalçılar plasental terapiyanın etik tərəfini də unutmur. Preparatlarda, tamamilə sağlam və arzu olunan bir hamiləlikdən yalnız valideynlərin razılığı ilə əldə edilən plasenta istifadə edilir, aborta səbəb olan plasentanın istifadəsi istisna olunur. Laennec bir sıra xəstəliklərin əsas müalicəsinə təhlükəsiz, premium sinif əlavədir. |
Zarina Bağırova – estetik təbabət mütəxəssisi Estetik təbabətə olan tələblər dəyişib. Əgər əvvəllər kosmetologiya yalnız yaşa bağlı dəyişkliklərin aradan qaldırılması, estetik problemlərin səthi korreksiyası və əvəzləyici terapiya ilə məşğul idisə, Laennec-in meydana çıxması ilə biz-problemlərin həllinə etiotrop yanaşa (səbəbinə təsir göstərmək) -hüceyrə və toxuma proseslərini yaxşılaşdıra və idarə edə -vaxtından əvvəl qocalmanın hüceyrə səviyyəsində profilaktikasını həyata keçirə bilərik. Laennec-in əsas təsir mexanizmləri hansılardır? -hüceyrələrin sintetik aktivliyini stimullaşdırır -keratinləşmə prosesini normallaşdırır -neoangiogenezdə iştirak edir -dərinin yerli immunitetini bərpa edir -antioksidant müdafiəsini təmin edir -meqalogenez prosesini optimallaşdırır (dərinin piqmentasiyaya meyilliliyi zamanı vacibdir) |
Günel hacıyeva – həkim-kosmetoloq Mənim üçün Laennec, sızanaqdan sonrakı, hiperpiqmentasiya, xroniki şəkildə təkrarlanan herpes virusu, psoriaz, atopik dermatitin müalicəsində əvəzolunmaz preparatdır. Bundan əlavə, yüksək travmatik lazer prosedurlarından, tredliftinqdən sonra inanılmaz gözəl regenerasiyaedici təsir göstərir. Laennec terapiyasının ilk prosedurundan sonra xəstələrim bədənin ümumi vəziyyətinin yaxşılaşmasını, xroniki yorğunluq əlamətlərinin aradan qaldırılmasını və s. qeyd edirlər. Laennec terapiyasının müsbət təsirləri haqqında çox danışmaq olar, amma fikrimcə, dərmanın əsas üstünlüklərindən biri vaxtından əvvəl qocalmanın qarşısının alınmasıdır. |
Elnarə şükürova – həkim-trixoloq |
Laennec preparatının istifadəsi prosedurların keçirilmə protokollarına əməl edilməsini, xarakterik tərkib hissələri, texnologiya və tətbiq sxemləri ilə tanış olmanı tələb edir. Buna görə də "Kepro School Esthetic" beynəlxalq tibbi kosmetologiya məktəbinin bazasında plasentar terapiya məktəbi açılmışdır. Burada müxtəlif ixtisaslı həkimlər öz təcrübəsində yaponiya plasentar preparatı olan Laenneci tətbiq etmək istəyənlər üçün elmi-təcrübi təlim keçirirlər.
Təlimi keçmək üçün +994125668699 nömrəsinə zəng edərək, sorğu qoymaq lazımdır.
1. Sual: Laennec preparatının tərkibində hormonlar varmı?
Cavab: Preparatın tərrkibində hormon yoxdur, çünki membran filtrasiyasının son mərhələləri preparatın tərkibini mümkün ola biləcək bütün hormonlardan azad edir.
2. Sual: Preparatın tərkibində zülal varmı?
Cavab: Memebran filterasiyasının ilk mərhələləri nəticəsində preparatın tərkibində allergiya yarada biləcək böyük ölçülü struktur zülallar qalmır.
3. Sual: Preparatın tərkibində kök hüceyrələri varmı?
Cavab: Laennec preparatının tərkibində kök hüceyrələri yoxdur. Bu, istehsal və təmizlənmə texnologiyaları ilə təmin edilir.
4. Sual: Laennec preparatı onkoloji xəstəliklərə səbəb ola bilərmi?
Cavab: İnterleysinq, biogen stimulyatorlar, siqnal molekullarından ibarət preparat yalnız hüceyrənin membranına tropdur. Bildiyimiz kimi, mutasiya etmiş hüceyrənin membranı da dəyişikliyə uğramışdır, onun reseptor aparatı dəyişilmişdir. Müvafiq olaraq, dərman dəyişilmiş hüceyrələrin inkişafına və yayılmasına təsir göstərmədən, yalnız sağlam hüceyrələrin sayının artmasına təkan verə bilər!
5. Sual: Laennec-i eyni zamanda bir neçə üsulla yeritmək olarmı (v/d, ə/d, f/a)?
Cavab: Bəli, olar. Müxtəlif nəticələr almaq məqsədilə (istər estetik, istərsə də immunomolyator və ya anti-eyc) Laennec preparatının yeridilmə üsullarının birgə istifadəsinə dair çoxsaylı protokollar mövcuddur.
6. Sual: kosmetoloqum Laennec preparatının üzə inyeksiyalarını məsləhət görüb. Bu düzgün metodikadırmı? Bu mənə nə verəcək?
Cavab: Əgər sizin üzünüzdə yaşa bağlı əlamətlər əmələ gəlibsə və bu sizi narahat edirsə, o zaman bu, mütəxəssisin tamamilə düzgün seçimidir. Estetik problemlərlə əlaqədar maksimal nəticə Laennec preparatının üz və boynun aktiv nöqtələrinə farmakopunktur metodla yeridilməsi zamanı əldə edilir.
10 prosedurluq kurs zamanı super-cavanlaşdırıcı effektə nail olunur: üz toxumalarının qravitasiya ptozu (sallanması) korreksiya olunur, dərinin turqoru yaxşılaşır, ödem azalır, dərinin rəngi yaxşılaşır, piqmentasiya solur, qırışlar minimallaşır. Ən əsası odur ki, prosedur bitdikdən sonra bu effekt artmağa başlayır. Belə fenomen kosmetologiyada heç bir prosedurla nail olunmur. Ona görə də, həkimlər Laennec-in farmakopunktur yeridilməsini digər metodlarla – biorevitalizasiya, kontur plastikası, apparat cavanlaşdırma prosedurları ilə birgə istifadə etməyi sevirlər. Laennec onların effektini əhəmiyyətli dərəcədə gücləndirir və müddətini uzadır.
7. Sual: Heç yerin ağrımırsa, Laennec-i qaraciyər üçün tətbiq etmək nəyə lazımdır?
Cavab: Qaraciyər hüceyrələrinin gündəlik və görünməz düşmənləri bizim dərman preparatları, vitaminlər, alkoqola olan meylimiz, keyfiyyətsiz qida məhsulları, bakterial və virus infeksiyaları, stres, hormonal pozğunluqlardır. Bütün bunlar qaçılmaz olaraq qaraciyəri zədələyir, sonradan xəstəliklərə səbəb olan nasazlıqlar toplanır. Ona görə də, 35 yaşdan sonra xəstəliyi gözləmədən mütəmade olaraq qaraciyərimizin özünü yeniləməsinə orqanizmimizlə 100% uyğun olan ideal hepatoprotektor - Laennec vasitəsilə yardım etməliyik.
8. Sual: Laennec preparatının Yaponiyanın özündə populyarlığı nə qədərdir?
Cavab: Qabaqcıl tibbin xəstəliyin müalicəsinə deyil, profilaktikasına yönəldiyi Yaponiyada Laennec çox məşhurdur. Orada preparat 50 ildir ki istehsal olunur və həyat üçün vacib dərman maddələri siyahısındadır. Yaponiyanın Klinik Tibbi Plasenta Assosiasiyası ölkədə çox məşhurdur, ildə iki dəfə bütün dünyadan öz təcrübəsində plasentar preparatdan istifadə edən həkimlərin dəvəti ilə konqreslər keçirərək, aktiv fəaliyyət göstərir.Yaponiyada sertifikat almış plasentar terapiya mütəxəssisi olmaq asan deyil. Bunun üçün üç mərhələdən ibarət əlavə təhsil almaq və imtahan vermək lazımdır. Laennec preparatının inyeksiyaları dünyanın ən ciddi səhiyyə, əmək və sosial təminat nazirliklərindən biri tərəfindən 80-dən çox müxtəlif etiologiyalı ginekoloji, hepatoloji, immonoli, nevroloji, stomatoloji, travmatoloji, oftalmoloji və digər xəstəliklərin müalicəsi üçün təsdiqlənmiş «dərman maddəsidir». Laennec istehsalına Yaponiyada dövlət səviyyəsində nəzarət edilir, Millətin plasentar sağlamlaşdırılması proqramı isə menopauza, qaraciyərin disfunksiyası və laktasiya pozğunluğu hallarında onu əhaliyə pulsuz təqdim edir. Yaponiyada plasentar terapiya ilə işləyən müxtəlif profilli klinikalar çoxdur. Müqayisə üçün deyək ki, klinikaların hər biri gündə 200 ampul Laennec preparatı təyin edir və prosedurlarda istifadə edir.
9. Sual: Preparatın yaşa dair məsləhətləri varmı? Əhalinin hansı yaş qrupuna o daha çox faydalıdır?
Cavab: Laennec çoxhədəfli tənzimləyici preparatdır. O, hər bir orqanizmdəki zəif nöqtələri özü taparaq, onları təmir edir. Xroniki yorğunluq sindromu olan gənc insanlar kursdan sonra, sözün əsl mənasında, dirilirlər, sindrom keçir, fiziki, zehni və seksual aktivlik yüksəlir. Çoxsaylı xəstəlikləri, o cümlədən, qaraciyər xəstəlikləri olan heriatrik profilli xəstələr çox sayda dərmanlar qəbul edirlər. Bu preparatın onlara təyini əhəmiyyətli effekt verir – yaddaş yaxşılaşır, fiziki dözümlülük artır, sağlamlıq, əhval, aktivlik və yuxu yaxşılaşır. Epidemiya həddinin artdığı təhlükəli dövrdə Laennec qəbul edənlər KRX, KRVİ yoluxmurlar. Yəni ki, bir preparatla siz həm özünüzə, həm də öz valideynlərinizə yardım edə bilərsiniz. Onları biz öz yanımızda mümkün qədər çox, aktiv uzunömürlü görmək istəyirik.
10. Sual: «Laennec cavanlıq damcıları» həqiqətənmi cavanlaşdırır?
Cavab: Biz hamımız çox yaşamaq, lakin qocalmamaq istəyirik. Qocalmaq – xəstəliklərə görə həyatın keyfiyyətini və sürətini endirməmizdir. 35-45 yaşında insan bioloji və sosial fəaliyyətinin pikini yaşayır. Eyni zamanda, bu yaşda orqanizmin üzərinə düşən yük həddindən artıq çoxdur: radiasiya, siqaret çəkmə, tüstü, səs-küy, streslər, qidalanma, spirtli içkilər orqanizmimizin balansını pozaraq, onu qocalmaya gətirib çıxarır. Və yalnız bizi artıq bir dəfə böyütmüş, bizim düzgün inkişafımız üçün cavabdeh olan plasentanın tənzimləyici və tarazlaşdırıcı təsiri orqanizmin sıradan çıxmış bütün sistemlərini qaydaya sala bilər. Məhz bu periodda plasentanın tətbiqi produktiv yetkinliyi uzadaraq, qocalığın gəlməsini on illərlə geriyə çəkir. Ona görə də, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları məhz 35-45 yaş aralığında ildə iki dəfə mütəmade olaraq Laennec kursu keçməyi məsləhət görür. Preparatın yeridilmə üsulu o qədər də böyük rol oynamır. Bu, venadaxili cavanlıq damcıları və ya əzələdaxili yeridilmə ola bilər. Əsas odur ki, Laennec orqanizmə daxil olsun.
11. Sual: Mənim 52 yaşım var və artıq 5 aydır ki, klimaks əlamətlərindən əziyyət çəkirəm. Daim isti basır, üzüm qızarır, əhvalım dəyişir. Eşitmişəm ki, Laennec bu əlamətləri aradan qaldıra bilər.
Cavab: Bəli, bir çox ölkələrdə Laennec patoloji, ağır gedişli klimaks zamanı tətbiq edilir. Yaponiyada dövlət proqramına əsasən, bu problemlə rastlaşmış qadınlara pulsuz Laennec təqdim edilir. Bu halda preparatın təsiri: hətta müalicənin birinci kursundan sonra aritmiya, yuxusuzluq, "isti basma" və digər pozğunluqlar keçir, enerji yüksəlir və iş qabiliyyəti artır. Bütün bunlar laborator və klinik araşdırmalar vasitəsilə təsdiqlənmişdir. Laennec terapiyasını qəbul edən bütün qadınlara xoşagələn bonus preparatın dəriyə və saçlara göstərdiyi ümumi möhkəmləndirici təsirdir.
12. Sual: Yaz gəlir və məndə hər il allergiyaya səbəb olan bitkiləri çiçəklənməsi başlayır. Eşitdiyimə görə, həkimlər Laennec-i immuniteti pollinoz mövsümünə hazırlamada uğurla istifadə edirlər. Bunu necə etmək olar?
Cavab: Bəli, mayın axırından avqusta kimi davam edən çiçəklənmə və tozcuqların yayılma mövsümü bir çox insan üçün əsl sınağa çevrilir. Özü də saman qızdırmasının ağırlıq dərəcəsi insanlarda ildən-ilə artır. Saman qızdırması – tozcuqların səbəb olduğu və asqırma, zökəm, allergik rinit, gözlərin qaşınması, sulanması və allergik konyunktivit kimi əlamətlərlə müşaiyət olunan allergik xəstəlikdir. Bundan başqa, saman qızdırmasından əziyyət çəkən şəhər sakinləri hesab edirlər ki, vəziyyət çirkli hava və istinin hesabına daha da ağırlaşır. Bu da məhz Laennec plasentar preparatı üçün fürsətdir. Ümumiyyətlə, Laennec heç nəyin təsir etmədiyi hallarda belə təsir edir. Digər ağır allergik xəstəliklərdə (məsələn, atopik dermatit) olduğu kimi, preparat pollinozların və ya allergik rinokonyunktivitlərin müalicəsində son dərəcədə effktivdir. İmmun cavabın normallaşması ilə yanaşı Laennec iltihabı da tənzimləyir və antiallergik funksiyaya malikdir. Beləliklə də o, saman qızdırmasının həm simptomları, həm də əsas səbəbləri ilə mübarizə aparır. Bunların hamısına əlavə təsirsiz, hormonal və antihistamin terapiya aparılmadan nail olunur.Təslim olaraq, saman qızdırması kimi allergik xəstəliklərə öz həyatınızı zəbt eləmək imkanı verməzdən əvvəl, biz sizə müalicə kimi plasentanı yoxlamağı tövsiyyə edirik.
13. Sual: Əvvəllər apteklərdə İNSAN PLASENTASININ EKSTRAKTI satılırdı və onu ginekoloqlar təyin edirdilər. Həmin ekstraktın Yaponiyanın Laennec plasenta hidrolizatından fərqi nədir?
Cavab: Sizin soruşduğunuz preparatda Filatovun üsulu ilə hazırlanmış İnsan Plasentasının Ekstraktı var. Bu preparat uzun illər SSRİ bakterioloji preparatlar zavodunda istehsal olunmuş və oftalmologiya, ginekologiya və hətta baytarlıqda istifadə edilmişdir. Onun çatışmazlığı – alınma metodunun – bütövlükdə ekstraksiya və istehsalın mükəmməl olmamasında idi. Bu texnologiya aktiv maddəni parçalayır, effektivliyini azaldır, iri zülallar və hormonlardan 100% təmizləmirdir, buna görə də aktiv maddə standartlaşdırılmamışdı və preparat YALNIZ dərialtı tətbiq üçün nəzərdə tutulmuşdu.
Ondan fərqli olaraq, Laennec preparatı yapon yüksək texnologiyaları və V.P.Filatovun plasentar terapiya təliminin vəhdətidir. Məhz yapon fermentativ HİDROLİZ texnologiyasının sayəsində Laennec preparatı təmizlik səviyyəsinə görə beynəlxalq GMP standartına cavab verir və vena/əzələdaxili sistem şəkildə tətbiq etmək imkanı yaradır.
Preparat ideal şəkildə standartlaşdırılmışdır – hər ampulda 112 mq aktiv maddə var. Alınma texnologiyaları sayəsində - su va qida fermentləri vasitəsilə, spirt və fenol istifadə etmədən hidroliz və molekulyar fraksiyalaşdırma - Japan Bioproducts Industry şirkəti başlanğıc maddənin aktivliyini, mənimsənilməsinin sürətini və keyfiyyətini maksimal dərəcədə qorumuş və eyni zamanda LAENNEC preparatının 100% təhlükəsizliyinə nail olmuşdur.
Fairmont Baku otelinin prezident nömrəsinin möhtəşəm qonaq otağında «Cavan görünmək yox, cavan olmaq» layihəsi çərçivəsində aparıcı həkim-kosmetoloqlar və digər sahələrin nüfuzlu həkimləri, ulduzlar, jurnalistlər, blogerləri bir araya gətirən mətbuat masası baş tutdu. Tədbirin məqsədi yaşa bağlı dəyişikliklərlə əlaqədar olaraq yaranan problemlərin həllinə kompleks yanaşmanın və gözəlliyə, aktiv uzunömürlüyə və sağlamlığın qorunmasına aparan şüurlu yolun müzakirəsi idi.
Tədbirin ulduzlu qonaqları əməkdar artist Tünzalə Ağayeva, tele-aparıcı Nərgiz Cəlilova, prodüser Yalçın Cabbarov idi. Həmçinin, mətbuat masasının arxasında bloger və jurnalistlər, nüfuzlu gözəllik jurnallarının nümayəndələri toplaşmışdılar. Ekspertlərlər qismində "Beauty Aesthetics" şirkətinin müdiri və "Art of Beauty" jurnalının baş redaktoru Elşən Məmmədov, tibb elmləri doktoru, həkim-hepatoloq, Azərbaycan qastroenteroloqlar və hepatoloqlar assosiasiyasının elmi katibi, qaraciyər xəstəliklərinin öyrənilməsi üzrə Avropa və Asiya-Sakit okean assosiasiyalarının üzvü və spikeri, Grand Hospital klinikasının hepatologiya şöbəsinin müdiri Gülnarə Ağayeva, ali kateqoriyalı həkim mama-ginekoloq, Sumqayıt şəhər 2 saylı doğum evinin baş həkimi Sevinc Məmmədova, Kepro Estetik Klinikasının baş həkimi, dermatoloq, trixoloq Yuliya Çernaya və Kepro Estetik Klinikasının aparıcı həkim-kosmetoloqu, anti-age terapiya üzrə mütəxəssis Zarina Bağırova çıxış edirdi.
Görüş rahat şəraitdə çekdi. Masa arxasında mehriban bir atmosfer hökm sürürdü. Qaldırılar mövzu o qədər maraqlı və aktual idi ki, plana görə 1,5 saat davam edəcək görüş 2 saat davam etdi. Hər ekspertin çıxışından sonra qonaqlar çoxlu suallar verirdilər. Görüşün belə sadə, eyni zamanda qeyri-adi formatı hamının ürəyincə idi.
İştirakçılar azərbaycanda və bütün dünyada anti-age terapiyanın tibbdə və kosmetologiyadakı hazırkı vəziyyətini müzakirə etdilər, problemləri səsləndirdilər və anti-age terapiyanın ölkə daxilində realizasiyası üçün tələb olunan məsələləri müəyyən etdilər, cavanlıq və gözəlliyin qorunmasında kompleks yanaşmanın vacibliyi haqda danışdılar, təəssüflə müştərilər və kosmetoloqlar arasında mövcud olan tendensiyanı qeyd etdilər – cavanlaşma və sağlamlaşma yalnız xarici metodikalarla aparılır, azərbaycan qadınlarının anti-age terapiyası haqda az məlumatlı olduqlarını, təəssüf ki, onların hamının dilində olan və sehirli cavanlaşma gətirəcək birdəfəlik prosedurlara üstünlük vermələrini qeyd etdilər.
Söhbət zamanı həkim-kosmetoloq Zarina Bağırova pasientlə əlaqə zamanı etik prinsiplərin zəif olması haqda danışdı: "Azərbaycanda estetik təbabətə, təəssüflər olsun ki, həmişə uzunmüddəti iş və öz pasientinin eleqant yaş və ondan sonra da aparılması kimi baxılmır. Pasientə filler və botulotoksinlə şişirdib, "indi və burda" pul qazanmaq üçün olan müştəri kimi baxırlar.
Kepro Estetik Klinikasının baş həkimi Yuliya Çernaya klinikada plasentar terapiya təcrübəsindən və müxtəlif ixtisas həkimlərinin cavanlaşmaya, başqa sözlə desək, meqapolisimizin xroniki olaraq stress və ekoloji intoksikasiyaya məruz qalan sakinlərinin sağlamlaşdılırmasına cəlb edilməsinin vacibliyindən danışdı: "Bu preparat orqanizmə bütövlükdə sağlamlaşdırıcı təsir imkanlarını aşkarlamaqla, bizi heyrətləndirməyə davam edir". Sonra o, sözlərini Laennec preparatı haqda maraqlı əhvalatla təsdiqlədi. Laennec – insan plasentasının əsasında yaradılmış preparatdır. O, əvvəlcə Yaponiyada hazırlanmış və uzun illər xarici istifadəsi qadağan olmuşdur. Çünki, preparat Yaponiyanın milli sağlamlaşdırma və dövlət sığortası proqramına daxil olmuşdu. Bu proqramın tətbiqi illərində Yaponiya vətəndaşının orta yaşı 63-dən 82-ə qədər artmışdır. Plasenta – ana bətnində ana ilə körpəni birləşdirir, lakin doğuşdan sonra yararsız olur və utilizasiya olunur. Plasentadan ilk dərman keçən əsrin 20-ci illərində rus oftalmoloq-alimi Filatovun sayəsində yaradılmışdır. O, plasentar terapiya ilə müharibədən sonrakı illərdə maraqlanmağa başlamışdır. Plasenta ekstraktı dərman lüğətlərinə əlavə edilmiş rəsmi dərman adını almış, V.P. Fialtovun başçılıq etdiyi alimlər qrupu isə Lenin mükafatına layiq görülmüşdür. Yeganə çatışmazlıq o zamankı təmizləmə texnologiyalarının lazımı səviyyədə olmaması idi və preparat yalnız əzələdaxili tətbiq edilirdi, venadaxili tətbiqi qadağan idi. 1953-cü ildə yaponiyalı alimlər plasentanın xüsusiyyətləri ilə maraqlanır və araşdırmalarını davam edirlər. Onlar yapon texnologiyaları sayəsində bu dəfə venadaxili yeridilə bilən insan plasentasının ideal hidrolizatını hazırlayırlar. Məhz Xirosima və Naqasaki faciələri araşdırmalara güclü təkan verdi – milləti sağlamlaşdırmaq lazı idi. Plasentanın öyrənilməsi institutu yaradıldı, dövlət proqramı hazırlandı.Bu proqrama əsasən hamı mütləq qaydada Laennec plasentar terapiyası qəbul etməli idi.
Şübhəsiz, yapon uzunömürlülüyünün başqa sirləri də var – sağlam qidalanma, aktivlik və idman, lakin buna baxmayaraq, Laennec-terapiya ilə birgə bu tədbirlərin effekti daha da artır.
Sonra, ölkənin aparıcı hepatoloqlarından biri, Gülnarə Ağayevanın “gözəgörünməz xəstəlik” olan hepatit barədə danışdıqları qonaqların çoxsaylı suallarına səbəb oldu. Gülnarə xanım hər kəsi diqqətli olmağa və vaxtaşırı check-up etməyə çağırdı. Xəstəliyi erkən mərhələlərdə aşkarlamaq, qaraciyəri sirroz səviyyəsinə çatdırmaqdan daha yaxşıdır. O, viruslu C və B hepatitlərinə yoluxma yollarını xatırlatdı: ginekoloji, stomatoloji kabinetlərdə yaxşı sterilləşdirilməmiş alətlər, həmçinin gözəllik salonları, manikür, pedikür və tatu alətləri buraya daxildir. Problemin aktuallığını müəyyən edib, səbəblərini göstərdikdən sonra, Gülnarə xanım əhalinin məlumat azlığı göz qabağındadır. Peyvəndin vacibliyi və məqsədəuyğunluğu haqda izahat azdır. "Keyfiyyətli peyvəndlər vacibdir. Bizim xüsusi peyvənq otaqlarımız var. Mən artıq 10 ildir ki bütün yaxınlarımı qripdən vaksinasiya edirəm.Mənim sirrozlu xəstələrimdən heç biri qrip xəstəliyinə yoluxmur. Bütün ailəm, qohumlarım və əməkdaşlarım hər il qripdən peyvənd olunurlar ", - Gülnarə Ağayeva qeyd etdi. Sonra həkim qaraciyər hüceyrələrinin sağlamlaşdırılması və müdafiəsi, həmçinin qaraciyər xəstəliklərinın ağır müalicəsi zamanı dərmanların yan təsirlərini yüngülləşdirmək məqsədilə yapon plasentar terapiyasının hepatoprotektor kimi tətbiqi haqqında danışdı.
Öz növbəsində, ali kateqoriyalı həkim, mama-ginekoloq Sevinc Məmmədova həkim-kosmetoloq və ginekoloqların işində anti-age terapiyanın labüdlüyünü qeyd etdi. "Estetikaya barmaqarası yanaşmaq olmaz. Bu, böyük problemlərə səbəb ola bilər. Cavanlaşma proqramı yalnız həkimlərin nizamlı işi zamanı mümkündür və yüksək və dayanıqlı nəticələr verir. Qadın orqanizmində hər şey o qədər əlaqəlidir ki – üz ovalının düzgünlüyü və dərinin saflığı (səpkilərin olmaması) birbaşa ginekoloji sağlamlıqdan asılıdır. Yaş dəyişikliklərinin özəllikləri və ümumi soamtik sağlamlığın nəzərə alınması ilə aparılan kompleks yanaşma uğurlu işin əsas alqoritminə çevrilməlidir. Məhz belə yanaşma müasir estetik təbabətin məğzi olmalıdır. Qadın orqanizmini daxildən cavanlaşdırmadan onun üzü, boynu, sinəsini cavanlaşdırmaq, bədənini korreksiya etmək mümkün deyil ".
Byuti-bloger və jurnalist Natella Kərimova öz cavanlıq və gözəllik sirri ilə bölüşdü: "Mən Laennec preparatı ilə çoxdan tanışam. Terapiyamı kapsullarla başlamışam. İndi isə Kepro Estetik Klinikasında kompleks plasentar terapiya keçirəm. Maraqlıdır ki, əzələdaxili inyeksiyalarla bərabər, plasenta preparatını mənim boynumda və başımda olan xüsusi nöqtələrə də yeridirlər. Bu, farmakopunktur yeridilmə adlanır və şərq refleksoterapiyasının prinsiplərinə əsaslanır. Terapiyanın başlamasından bir ay keçir və mən nə baş verdiyini anlamağa başlayıram, çünki orqanizmimi yaxşı hiss etməyi bacarıram. Mən birdən anladım ki, az yatsam da tamamilə yuxumu alıram və özümü gümrah hiss edirəm. Dərimin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Müzakirəyə qoşularaq, teleaparıcı Nərgiz Cəlilova mütəxəssis-həkimlərə və qonaqlara təcrübələrini bölüşdükləri üçün təşəkküt etdi, gözəlliyə və cavanlığa düşüncəli yanaşma çağırışında dəyərli məlumatlarla onları dəstəklədi. "Mən həmişə gözəlliyin qorunmasına düşüncəli yanaşmış və mütəxəssis seçimində diqqətli olmuşam. Yaxşı ki bizdə belə mütəxəssislər var. Bu gün özüm üçün çox şeyi kəşf elədim və yenilikləri öz gözəllik və sağlamlığımı qorumaq üçün düzgün şəkildə tətbiq eləməyə çalışacağam".
Bu gözəl axşamı Kepro Estetik klinikasının direktoru Elşən Məmmədov tamamladı: "Bütün dünyada anti-age terapiyası sürətlə inkişaf edir və istərdim ki, bu tendensiya bizim ölkəmizdə də həm həkimlərin, həm də pasientlərin səviyyəsində aktuallaşsın. Məhz buna görə də bizim keyfiyyətli və məsuliyyətli maarifləndirmə işimiz bu qədər vacibdir. Biz bu işdə sizə də çox güvənirik. Bu gün bizi dinlədikdən sonra siz də sağlamlığın və gözəlliyin cavan ikən qorunmasının və nəticə olaraq həyat keyfiyyətinin yüksəldilməsinin vacibliyi ideyasının yayılmasında bizə yardımçı olacaqsınız. "Qocalaraq deyil, böyüyərək yaşamaq" – bizim əsas məqsədimizdir".
Axşam yavaş-yavaş öz məntiqi sonuna yaxınlaşırdı. Müzakirələr zamanı hamı bir fikrə gəldi ki, bütün orqanizmə göstərdiyi təbii təsirini nəzərə alaraq, Laennec-i sosial preparat adlandırmaq olar. Gecənin qonaqları – jurnalistlər, blogerlər, məşhurlar hər biri isti, mehriban görüşdən razı qaldılar və Fairmont Baku Flame Towers otelinin marketinq və əlaqələr üzrə direktoru Səyyad İbrahimliyə səmimi qəbula görə, Kepro klinikasına isə onların savadlı işi, maarifləndirmə təşəbbüsünə görə minnətdarlıqlarını bildirdilər, layihənin vacibliyi və faydalılığını qeyd etdilər və onun uğurlu davamına ümid etdiklərini dedilər.
İçərişəhərdə yerləşən rahat və milli koloritli “Buta” restoranı keçən həftə məşhur həkimlər, jurnalistlər, blogerlər və yerli şou-boznes ulduzlarının görüş yeri oldu. Milli üslubda səhər yeməyi olun tədbir yaşlanmaya qarşı təbabətə həsr olunmuş və Kepro Estetik klinikası tərəfindən təşkil edilmişdir.
Layihənin piar-direktoru Cəmilə Məmmədova masa arxasında əyləşmiş ulduz qonaqları təqdim etdi, KEPRO Estetik Klinikanın baş həkimi Yuliya Gennadiyevna Çernaya isə hamını tədbirdə iştirak edən həkimlərlə tanış etdi.
Görüşdə məşhur teleaparıcı Ceyhun Əli, blogerlər Aynur Gözəl və Xəyalə Məmmədova, tanınmış jurnalistlər Səbinə Quliyeva, Ruqiyyə Əşrəfli, Aliyə İsmayılzadə, Nərgiz Süleymanova, Kəmalə Əliyevə, şou-biznes ulduzu, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva və prodüser Yalçın Cabbarov iştirak edirdilər.
Masanın tibb hissəsini tibb elmləri doktoru, həkim-hepatoloq, Azərbaycan qastroenteroloqlar və hepatoloqlar assosiasiyasının elmi katibi, qaraciyər xəstəliklərinin öyrənilməsi üzrə Avropa və Asiya-Sakit okean assosiasiyalarının üzvü və spikeri Gülnarə Ağayeva, həkim-hepatoloq, Ankara tibb mərkəzinin aparıcı mütəxəssisi, Türkiyənin viruslu hepatitlə mübarizə assosiasiyasının üzvü Roksana Cəlilova, həkim-terapevt, hepatoloq, məşhur maarifləndirici internet-layihə olan MEDPROSVET-in müəllifi və rəhbəri Zaur Orucov, "Beauty Aesthetics" şirkətinin tibbi direktoru doktor Validə Cəlilova, KEPRO Estetik Klinikanın estetik və anti-eyc terapiyası üzrə mütəxəssisi Zarina Bağırova təmsil edirdi.
Sonra Yuliya Gennadiyevna yaşlı insanın orqanizmini cavanlaşdırmaq və sağlamlaşdırmaq məqsədi daşıyan unikal yapon preparatının çox maraqlı yaradılma tarixini danışdı. "Beauty Aesthetics" şirkətinin direktoru Elşəm Məmmədovun Azərbaycanın Japan Bio Products-un maraq spekrinə daxil edilməsinə dair yapon tərəfi ilə aparılan uzun sürən danışıqlar, qeydiyyat prosesi və preparatın Azərbaycana ilk dəfə çatdırılması, "Beauty Aesthetics" şirkətinin rəsmi tərəfdaş və preparatın Azərbaycan ərazisində yeganə distribütoru adına layıq görülməsi haqda danışdıqları qonaqların xüsusi marağına səbəb oldu.
Səhər yeməyinə toplaşmış qonaqlar yaponların biznes və tərfdaşlarının olan münasibət barədə böyük heyranlıqla dinlədilər. Onlar üçün düzgünlük, namus və alıcı təfərdaşların motivləri preparatın satışından əldə olunan mənfəətdən qat-qat üstündür.
Görüş iki saat davam etdi, qonaqlar dağılışmağa tələsmirdilər. Onlar eşitdikləri haqda təəsüratları ilə bölüşür, həkimlərə suallar verməkdən yorulmurdular.
Bu səhər İçərişəhərin daş küçələrində aktiv şəkil çəkdirən turistlər fotoqraflara poz verən, bir-biri ilə qucaqlaşan, gülən, doğma insanlar kimi sağollaşan gözəl, xoşbəxt və ağıllı koloritli insanların şahidi oldular. Doğma ona görə ki, onların hamısını dəyərli, aktiv, uzun ömür sürmək arzusu birləşdirirdi.
Laennec preparatının Azərbaycandakı rəsmi distribütoru olan “PHARMANOVA” şirkəti öz maarifləndirici və təlim təcrübəsində təbiət qoynunda istirahət və iştirakçıların qeyri-rəsmi şəraitdə ünsiyyəti ilə müşayiət olunan elmi-praktik konfranslar formatını tətbiq edir.
Beləliklə, 2017-ci ilin may ayının 27-də Azərbaycanın gözəl guşələrindən biri olan Şamaxıda yerli və Gürcüstanlı həkimlər üçün “Plasentar terapiya məktəbi” adlı elmi-praktik konfrans təşkil edilmişdir. Azərbaycan və Gürcüstandan 60-a yaxın həkim: hepatoloq, ginekoloq, nevroloq, cərrah, kosmetoloq, uroloq, qasrtoenteroloqlar təlim keçmək və şəxsi təcrübələri ilə bölüşmək üçün Şamaxıya gəlmişdilər.
Elmi-praktik konfransın dinlənilməsindən sonra həkimlərə nəinki peşəkar kolleksiyalarına bir əlavə olacaq, həm də inanılmaz dərəcədə əyləncəli, maraqlı və səmimi bir günün xoş xatirəsinə çevriləcək sertifikatlar təqdim olundu.
Yaponiyanın plasentar preparatı olan Laennec və “Ömür boyu davam edən cavanlıq” şüarı estetik tibb sahəsində aparıcı klinikalardan biri olan Kepro Esthetic & Antiage Clinic-də qonaqların uğurlu iş qadınları olduğu açıq qapı gününün əsas mövzusuna çevrildi. Məlum oldu ki, qonaqların çoxu artıq Laennec preparatını tanıyır və sağlamlaşma, cavanlaşma, immunitetin bərpası, habelə xroniki yorğunluqla mübarizədə istifadə edirlər.
Интерес врачей к плацентарной терапии возрастает с каждым днем. Ведь результаты применения препарата Лаеннек говорят сами за себя, а научные исследования снова и снова доказывают его безвредность. В связи с этим, эксклюзивный дистрибьютор «Лаеннек» в Азербайджане, компания "Buta Esthetic" организовала для врачей семинар "Лаеннек: плацентарная терапия". Научно-практический семинар посетило 70 врачей разных специальностей. На протяжении 4-х дней Президент Ассоциации Гастроэнтерологов и Гепатологов Азербайджана - доктор Гюльнара Агаева и официальный тренер препарата Лаеннек, доктор Анжела Агабалаева, делились с коллегами опытом, знаниями и схемами применения препарата Лаеннек.
Yaponiyanın plasentar preparatı olan Laennec-in Azərbaycandakı eksklüziv distribütoru olan “PHARMANOVA” şirkəti tibbi-maarifləndirici layihə olan Medprosvet-lə birgə “Plasentar terapiya məktəbi” adlı maarifləndirici layihə həyata keçirdilər. Layihənin məqsədi müxtəlif ixtisaslı həkimləri müasir təbabətdə bir sıra xəstəliklərin müalicəsi və profilaktikası üçün plasentar terapiyanın effektiv tətbiqi ilə tanış etmək idi.
Təlim zamanı həkim ginekoloq, nevroloq, hepatoloq, terapevt, immunoloq, kosmetoloq, revmatoloq, reabilitoloq, hematoloq və dietoloqlara Laennec-in müxtəlif xəstəliklərin müalicə və profilaktikası zamanı tətbiq protokolları, habelə plasentar terapiyanı tətbiq edən həkimlərin şəxsi təcrübələrindən müxtəlif kliniki hallar təqdim olundu. Plasentar terapiyanın 3 günlük təlim kursuna aşağıdakılar daxil idi:
“KeproSchool” beynəlxalq tibbi kosmetologiya məktəbində Laennec-terapiya üzrə geniş seminar-master-klass keçirilmişdir. Elmi-praktik seminarı Ukraynadan dəvət olunmuş spiker – dermato-veneroloq, kosmetoloq, Trixologiya assosiasiyasının sertifikasiya olunmuş trixoloqu Yuliya Çernaya aparmışdır.